“Trabzonspor”un gənc qapıçısına avropa yolu - GÖRÜNDÜ

“Trabzonspor”un 25 yaşlı türkiyəli qapıçısı Uğurcan Çakıra İngiltərənin “Totenhem” və Fransanın “Monako” klubundan təkliflər var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırda AVRO-2020-də çıxış edən Türkiyə millisinində əsas qapıçısı olan Uğurcan qrup oyunlarında Türkiyənin 3 oyunda da məğlub olmasına baxmayaraq etdiyi 18 qurtarışla diqqətləri öz üzərinə cəlb etməyi bacarıb.

“Trabzonspor” klubu rəsmiləri oyunçu üçün ən azı 20 milyon avro transfer haqqı istəyirlər.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə