“Başakşehir” Lukas Lima ilə müqavilə imzaladı

“İstanbul Başakşehir” futbol klubu braziliyalı sol cinah müdafiəçisi Lukas Limanı heyətinə qatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, narıncı-göy rəngli klubun verdiyi açıqlamada Səudiyyə Ərəbistanın “Əl Əhli” komandasında oynayan 29 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik bir müqavilənin imzalandığı bildirilib.

Açıqlamada "Lukas Lima" ailəmizə salamlayırıq və narıncı-göy rəngli forma ilə uğurlar diləyirik" deyilib.

Klubun sosial media hesabından paylaşılan videoda Lima, "Salam Başakşehir ailəsi. Klubla 3 illik müqavilə imzaladığım üçün çox xoşbəxtəm. Tezliklə görüşərik" ifadələrdən istifadə edib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...