Luis Gustavonun gedişi dəqiqləşir

"Fənərbaxça"nın ən stabil futbolçularından biri sayılan Luis Gustavonun İstanbul günləri sona çata bilər. SİA-nın verdiyi məlumata görə, pandemiya dövründə rəhbərliyin verdiyi maaş azaltma təklifini qəbul etmədiyi bilinən braziliyalı ulduz, Emre Belözoğlunun keçən mövsüm məşqçi olmasından sonra forması Jose Sosaya təhvil verib. Bu səbəbdən Gustavonun menecerinə "Mənə bir klub tap" tapşırığı verdiyi bilinib.

Üç klub transfer üçün müraciət edib. Keçmiş klubu "Marsel"lə yanaşı "Monako" və "Olimpik Lion"un da istədiyi Gustavonun "Avro 2020"dən sonra Fransaya gedəcəyi gözlənilir. İllik 3.5 milyon avro alan Gustavonun gedəcəyi təqdirdə, klubu böyük bir yükdən azad edəcəyi gözlənilir. 2019-cu ildən bəri "Fənərbaxça" da oynayan və gələn ay 34 yaşı tamam olacaq Gustavo ilə 30 iyun 2023-cü ilə qədər müqavilə imzalanmışdı.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə