Beşiktaş 16-cı çempionluğuna çatdı

Super Liqada 2020-2021 mövsümünün son həftəsində Göztəpəni 2-1 məğlub edərək çempionluq qazanan Beşiktaş oyunçuları, matçdan sonra böyük sevinc yaşayıb. SİA-nın verdiyi məlumata görə, mövsümün son həftəsinə turnirə Qalatasarayla bərabər, 81 xalla girən qara-ağlı komanda, orta hesab üstünlüyü ilə xoşbəxt sona çatmağı bacarıb. Göztəpə üzərində qazandığı qələbə ilə xallarını 84-ə yüksəldən Beşiktaş, daha çox qol vurması gərəkən Qalatasarayı qabaqlayıb.

Super Liqada ilk çempionluğunu 1959-1960 mövsümündə edən Beşiktaş, Sergen Yalçın rəhbərliyi altında 16-cı çempionluğuna çatıb

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə