"İnter" - "Napoli" oyununda qalib müəyyənləşməyib, "Yuventus"dan məğlubiyyət

Futbol üzrə İtaliya A Seriyasında 31-ci tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Yuventus” bu turda Berqamo səfərində “Atalanta” ilə qarşılaşıb və minimal hesabla uduzub. “Roma” da “Torino” ilə səfər oyunundan əliboş dönüb. “Milan” isə “Cenoa” ilə ev oyununda çətin qələbə qazanıb.

Turun mərkəzi görüşü Neapolda keçirilib. “Napoli” doğma meydanda lider “İnter”i qəbul edib. Komandalar bu oyundan hərəyə 1 xalla ayrılıblar.

İtaliya A Seriyası

31-ci tur

18 aprel

Milan – Cenoa 2:1

Qol: Rebiç, 13. Skamakka, 68-öz qapısına – Destro, 37.

Atalanta – Yuventus 1:0

Qol: Malinovski, 87.

Bolonya – Spetsiya 4:1

Qol: Orsolini, 12. Barrou, 18. Svanberq, 54; 60 – İsmayli, 34.

Latsio – Benevento 5:3

Qol: Depaoli, 10-öz qapısına. İmmobile, 20; 90+6. Korrea, 36. Montipo, 48-öz qapısına – Sau, 45. Viola, 62. Qlik, 85.

Torino – Roma 3:1

Qol: Sanabriya, 57. Zaza, 71. Rinkon, 90+2 – Mayoral, 3.

Napoli – İnter 1:1

Qol: Handanoviç, 36-öz qapısına – Eriksen, 55.

17 aprel

Krotone – Udineze 1:2

Qol: Simi, 68-pen – De Paul, 41; 74.

Sampdoriya – Verona 3:1

Qol: Yankto, 46. Qabbyadini, 73. Torsbi, 82 – Lazoviç, 13.

Sassuolo – Fiorentina 3:1

Qol: Berardi, 59; 62. M.Lopes, 75 – Bonaventura, 31.

Kalyari – Parma 4:3

Qol: Pavoletti, 39. Marin, 66. Pereyro, 90+1. Çerrri, 90+4 – Petsella, 5. Kuçka, 31. Man, 59.

Bu nəticədən sonra "İnter" 75 xalla 1-ci, "Napoli" 60 xalla 5-cidir. "Milan" 66 xalla 2-ci, "Atalanta" 64 xalla 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə