37 illik kubok həsrəti - Son matç

"Atletik" Bilbao klubu 2020-2021 İspaniya Kral Kuboku finalında sabah (17 aprel) "Barcelona" ilə qarşılaşacaq. Sevilya Olimpiya Stadionunda oynanılacaq mübarizə saat 22.30-da başlayacaq.

SİA-nın verdiyi məlumata əsasən, 1902-ci ildən bəri keçirilən İspaniya Kral Kubokunun ən çox qazanan komandası 30 çempionluqla "Barselona"dır. Kataloniya klubunu 24 çempionluqla "Atletik" Bilbao izləyir.

Qeyd edək ki, "Atletik" Bilbao 37 illik Kubok həsrətinə "Barselona" ilə son vermək istəyir. Nəhayət, 1983-1984 mövsümündə "Barselona"nı 1:0 məğlub edərək kuboku qazanan Bilbao klubu, o vaxtdan bəri Kral Kubokunu muzeyinə apara bilməyib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə