“Liverpul” və “Mançester Siti” doğma meydanda uduzublar

Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu günü daha dörd qarşılaşma baş tutub.

Son turda “Çelsi”yə uduzan və 7-ci pilləyə geriləyən “Liverpul”un budəfəki rəqibi “Fulhem” olub. “Qırmızılar” autsayderlə oyundan da məğlub ayrılıblar.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. Lider “Mançester Siti” ən yaxın izləyicisi “Mançester Yunayted”i qəbul edib. Bu görüşdə də qonaqlar qələbəyə sevinən tərəf olub.

“Tottenhem” isə evdə “Kristal Pelas”ı böyük hesabla məğlub edib.

İngiltərə Premyer Liqası

27-ci tur

7 mart

Vest Bromviç – Nyukasl 0:0

Liverpul – Fulhem 0:1

Qol: Lemina, 45.

Mançester Siti – Mançester Yunayted 0:2

Qol: B.Fernandes, 2-pen. Şou, 50.

Tottenhem – Kristal Pelas 4:1

Qol: Beyl, 25; 49. Keyn, 52; 76 – Benteke, 45+1.

6 mart

Bernli – Arsenal 1:1

Qol: Vud, 39 – Obameyanq, 6.

Şeffild Yunayted – Sauthempton 0:2

Qol: Uord-Prouz, 32-pen. Adams, 49.

Aston Villa – Vulverhempton 0:0

Brayton – Lester 1:2

Qol: Lallana, 10 – İheanaço, 62. Amartey, 87.

8 mart

22:00 Çelsi – Everton

00:00 Vest Hem – Lids

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...