Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
SİA xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
Səfərdə “Sivasspor”a minimal hesabla qalib gələn “Antalyaspor” minimal hesabla qalib gəlib.
“Beşiktaş” isə “Konyaspor”u yalnız penaltilər seriyasında üstələyə bilib.
Daha öncə “Başakşəhər”lə “Alanyaspor” da yarımfinala vəsiqə qazanmışdı. Beləliklə, yarımfinalda “Antalyaspor” “Alanyaspor”la, “Başakşəhər” isə “Beşiktaş”la qarşılaşacaq.
Türkiyə kuboku
1/4 final
11 fevral
Sivasspor – Antalyaspor 0:1
Qol: Fredi, 62-pen.
Konyaspor – Beşiktaş 1:1 (penaltilər 2:3)
Qol: A.Bardakçı, 18 – O.Özyakup, 13.
9 fevral
Fənərbaxça – Başakşəhər 1:2
Qol: Valensia, 72 – J.Fernandes, 42. Gulbrandsen, 96.
10 fevral
Qalatasaray – Alanyaspor 2:3
Qol: Mustafa, 83. J.Fernandes, 90+4 – Babakar, 30; 48-pen. S.Uçan, 41.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB