“Zirə”də yeni transfer rəsmiləşdi

“Zirə”də yeni transfer rəsmiləşdi

“Zirə”nin Filipe Pahtmanla müqaviləsinin müddəti məlum olub.

SİA-nın məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

21 yaşlı Braziliyalı futbolçu ilə 6 ay + 3 illik müqavilə imzalanıb. Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb. 20 yaşlı hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, braziliyalı futbolçu peşəkar karyerasına "Lvov" klubunda başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə