“Ayntraxt” “Arminiya”nı, “Verder” isə “Herta”nı böyük hesabla yenib

Futbol üzrə Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.

Turnir cədvəlinin 2-cisi “Leyptsiq” bu tur çərçivəsində “Maynts”la qarşılaşıb və məğlubiyyətlə üzləşib.

“Bayer” “Volfsburq”u sınağa çəkib. Qonaqlar bu görüşdə minimal hesabla qalib gəliblər.

“Ayntraxt” səfərdə “Arminiya”nı darmadağın edib. “Verder” isə “Herta”nı böyük hesabla yenib.

Almaniya Bundesliqası

18-ci tur

23 yanvar

Frayburq – Ştutqart 2:1

Qol: Demiroviç, 14. Yonq, 37 – Vamanqituka, 7.

Maynts – Leyptsiq 3:2

Qol: Niaxate, 24; 35. Barreyro, 50 – Adams, 15. Halştenberq, 30

Bayer – Volfsburq 0:1

Qol: Baku, 35.

Auqsburq – Union Berlin 2:1

Qol: Nyederlexner, 17; 47 – İnqvartsen, 25.

Arminiya – Ayntraxt 1:5

Qol: Kordova, 36 – A.Silva, 25; 33. Kostiç, 27. Nilsson, 51-öz qapısına. Yoviç, 75.

Herta – Verder 1:4

Qol: Kordoba, 45+2 – Selke, 10-pen. Ö.Toprak, 29. Bittenkur, 57. Sargent, 77.

22 yanvar

Borussiya (Münhenqladbax) – Borussiya (Dortmund) 4:2

Qol: Elvedi, 11; 32. Bensebaini, 49. Turam, 78 – Haland, 22; 28

24 yanvar

18:30 Şalke – Bavariya

21:00 Hoffenhaym – Köln

Bütün xəbərlər Facebook səhifəmizdə