“Sumqayıt”la “Qəbələ” daha bir yoxlama oyununda

Bu gün Azərbaycan Premyer Liqası klublarının iştirakı ilə daha bir oyun keçiriləcək.

SİA-nın məlumatına görə, çempionatın ortababları “Sumqayıt”la “Qəbələ” üz-üzə gələcək.

Bu, 2021-ci ildə Sumqayıtda keçiriləcək ilk matç olacaq. Düzdür, Ayxan Abbasovun yetirmələri daha öncə “Zirə” ilə görüşdə qüvvəsini sınayıb. Amma sumqayıtlılar 3:2 hesablı qələbəni paytaxtda qazanıb.

“Qəbələ” isə bu il ilk matçını keçirəcək. Elmar Baxşıyevin yetirmələri Qəbələ toplanışını başa vurduqdan sonra hazırlıqlarını bu görüşlə davam etdirəcək.

Yoxlama oyunu
14 yanvar
15:00. "Sumqayıt" - "Qəbələ"
“Kapital Bank Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə