"Fənərbaxça" doğma meydanda turnir cədvəlinin ikincisini məğlub edib

"Fənərbaxça" doğma meydanda turnir cədvəlinin ikincisini məğlub edib

Futbol üzrə Türkiyə Super Liqasında 17-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun bağlanış matçında “Fənərbaxça” turnir cədvəlinin 2-cisi “Alanyaspor”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası

17-ci tur

7 yanvar

Fənərbaxça – Alanyaspor 2:1

Qol: S.Gümüş, 12. Pelkas, 70 – Babakar, 81-pen.

5 yanvar

Yeni Malatyaspor – Sivasspor 2:2

Qol: Fofana, 25. Tetteh, 63 – E.Yeşilyurt, 18. Qradel, 32.

Qaziantep – Ankaragücü 2:0

Qol: Maksim, 69. E.Şahin, 90+5.

Konyaspor – Qalatasaray 4:3

Qol: E.Daci, 41; 46. U.Demirok, 82-pen. Kravets, 90+2 – Diaqne, 45+2; 77-pen. O.Çağlayan, 90+5.

6 yanvar

Dənizlispor – Kayserispor 0:1

Qol: P.Enrike, 21.

Gənclərbirliyi – Hatayspor 3:1

Qol: Piris, 45+2-pen; 54-pen. Sio, 84 – Bupendza, 25.

Trabzonspor – Göztəpə 1:0

Qol: Ekuban, 27.

Başakşəhər – Ərzurumspor 1:0

Qol: Qulbrandsen, 40.

Beşiktaş – Rizəspor 6:0

Qol: Larin, 19; 31; 79; 83. O.Özyakup, 56. Hasiç, 89.

Antalyaspor – Fatih Karagümrük 3:1

Qol: H.Özmert, 19-pen. G.Bayrakdar, 37. E.Albayrak, 71 – Balkoveç, 10.

Bütün xəbərlər Facebook səhifəmizdə