“Barselona” lideri məğlub edib, "Real" da qələbə qazanıb

“Barselona” lideri məğlub edib, "Real" da qələbə qazanıb

Futbol üzrə İspaniya La Liqasında 19-cu turun iki oyunu keçirilib.

SİA xəbər verir ki, mövsümə uğursuz start verən “Barselona” bu gün lider “Real Sosyedad”la qarşılaşıb.

Üç qolun qeydə alındığı matçda Kataloniya təmsilçisi qələbəyə sevinən tərəf olub.

İspaniya superkubokunun oyunlarına görə La Liqanın 19-cu turunun 2 qarşılaşması erkən keçirilib. Superkubok uğrunda “Barselona”, “Real”, “Atletik” və “Real Sosyedad” mübarizə aparacaq.

İspaniya La Liqası

19-cu tur

16 dekabr

Barselona – Real Sosyedad 2:1

Qol: Alba, 31. De Yonq, 43 – V.Xose, 27.

15 dekabr

Real – Atletik 3:1

Qol: T.Kroos, 45+1. K.Benzema, 74; 90+2 – A.Kapa, 55.

Bütün xəbərlər Facebook səhifəmizdə