Güllə atıcılarımız Polşada iki qızıl medal qazanıblar

Polşanın Belostok şəhərində güllə atıcılığı üzrə açıq turnirdə Azərbaycan təmsilçiləri Ruslan Lunyov və Nigar Nəsirova uğurla çıxış edərək qızıl medal qazanıblar. SİA xəbər verir ki, yığma komandamızın üzvləri 10 metr məsafəyə atəşaçma yarışlarında iştirak ediblər. Belə ki, R.Lunyov kişilər arasında 584, N.Nəsirova qadınların mübarizəsində 578 xalla birinci olublar.

Qeyd edək ki, R.Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə