“Milan” futbolçusuna qiymət qoydu

İtaliyanın “Milan” klubu yarımmüdafiəçisi Lukas Paketanı satmağa qərar verib.

SİA-nın məlumatına görə, A seriyası təmsilçisi artıq futbolçunun transfer qiymətini də müəyyənləşdirib.

Milanın eyniadlı təmsilçisi braziliyalının satışından 21 milyon avro qazanmaq niyyətindədir. Oyunçunun xidmətində “Fiorentina” maraqlıdır.

Qeyd edək ki, Paketa A seriyasının son mövsümündə 24 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə