“Yuventus” və “Latsio” xal itkisi ilə üzləşib

Futbol üzrə İtaliya A Seriyasında 33-cü turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün baş tutub.

“Milan” bu turda “Parma” ilə ev oyununda inamlı qələbə qazanıb. “Yuventus” isə “Sassuolo” ilə qarşılaşıb. Turin təmsilçisi bol qollu qarşılaşmadan 1 xalla ayrılıb. “Latsio” “Udineze” ilə səfər oyunundan xal itkisi ilə ayrılıb. Paytaxtın digər təmsilçisi “Roma” evdə “Verona”nı üstələyib.

İtaliya A Seriyası

33-cü tur

15 iyul

Milan – Parma 3:1

Qol: Kessye, 55. Romanyoli, 59. H.Çalhanoğlu, 77 – Kurtiç, 44.

Bolonya – Napoli 1:1

Qol: Barrov, 80 – Manolas, 7.

Sampdoriya – Kalyari 3:0

Qol: Qabbyadini, 8. Bonatsoli, 41; 53.

Roma – Verona 2:1

Qol: Veretu, 10-pen. Dzeko, 45+3 – Pessina, 47.

Leççe – Fiorentina 1:3

Qol: Şaxov, 88 – Kyeza, 6. Gezzal, 38. Kutrone, 40.

Sassuolo – Yuventus 3:3

Qol: Dyuriçiç, 29. Berardi, 51. Kaputo, 54 – Danilo, 5. İquayn, 12. A.Sandro, 64.

Udineze – Latsio 0:0

14 iyul

Atalanta – Breşiya 6:2

Qol: Paşaliç, 2; 55; 58. De Roon, 25. Malinovski, 28. Sapata, 30 – Torreqrossa, 8. Spalek, 83.

16 iyul

21:30 Torino – Cenoa

23:45 SPAL – İnter

Bütün xəbərlər Facebook səhifəmizdə