Cüdoçuların respublika birinciliyi davam edir

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçular arasında respublika birinciliyinə start verilib.

SİA-nın məlumatına görə, yarışdan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin birinci günündə oğlanlar arasında Rəşad Məmmədov (55 kq), Ayxan Tanrıverdiyev (66 kq), Vüqar Talıbov (81 kq), Adil Kərimli (100 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Qızların yarışında isə Aygün Hacıyeva (44 kq), Səbinə Əliyeva (52 kq), Südabə Ağayeva (63 kq), Zəhra Ağamalıyeva (78 kq) qalib olublar.

İki gün davam edəcək yarışda paytaxt və bölgələrdən 51 komandanın heyətində 367 cüdoçu (311 oğlan, 56 qız) qalib adı uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə