Şahmatçımız festivalda liderlər qrupunda yarışır

Fevralın 17-də Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində keçirilən 18-ci “Caspian Cup” festivalında beşinci və altıncı turun oyunlarında iştirak ediblər.

SİA-nın məlumatına görə, festivalın A (masters) turnirində mübarizə aparan şahmatçılarımızdan ən yaxşı nəticəni Misrəddin İsgəndərov göstərib. Ötən altı turdan 5,5 xal toplayan təmsilçimiz turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Digər şahmatçılarımız Vüqar Rəsulov və Azər Mirzəyev 5 xal əldə ediblər.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə