U-21 millimizin toplanışı başlayıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.

SİA-nın məlumatına görə, baş məşqçi Milan Obradoviçin rəhbərlik etdiyi komanda hazırlığı Bakıda keçəcək.

Fevralın 18-dək davam edəcək toplanışa 22 futbolçu dəvət edilib. Dəvət edilən oyunçuların hamısı ölkə daxilində çıxış edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə