Nazarov məğlub olan komandasının təsəlli qoluna imza atıb

Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda "Holsteyn Kil"lə qarşılaşıb və 1:2 hesabı uduzub.

64-cü dəqiqədə meydana çıxan Nazarov 6 dəqiqə sonra komandasının təsəlli qolunu vurub.

Qeyd edək ki, 30 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 8-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə