“Qarabağ”dan darmadağın, “Sabah”dan çətin qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Turun açılış görüşündə "Qarabağ" səfərdə "Zirə" ilə qarşılaşıb. Ağdam klubu qəsəbə təmsilçisini darmadağın edib - 6:0.

Günün digər oyunu isə Sumqayıtda baş tutub. "Kimyaçılar" evdə "Sabah"ı qəbul edib. Bu oyunda da qonaqlar qələbəyə seviniblər.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.

15 fevral

“Zirə” –“ Qarabağ” 0:6

Qol: Bədavi Hüseynov, 4, Xayme Romero, 11, Mahir Emreli, 15, Aylton Silva, 29, Abdullah Zubir, 61, Maqaye Geye, 85

Qırmızı: Cavid Hüseynov, 68

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı

Zirə İdman Kompleksinin stadionu

“Sumqayıt” – “Sabah” 1:2
Qol: Əmir Ağayev, 90+1 - Şakir Seyidov, 59. Ozan Can Kökcü, 62.

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev

“Kapital Bank Arena”

16 fevral

16:30. “Səbail” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASCO Arena”

19:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
“Bakcell Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 17 11 5 1 31-7 38
2 Neftçi 16 7 6 3 23-12 27
3 Keşlə 16 7 5 4 20-14 26
4 Sumqayıt 17 6 4 7 22-24 22
5 Zirə 17 5 5 7 21-30 20
6 Sabah 17 5 4 8 19-23 19
7 Səbail 16 4 3 9 11-25 15
8 Qəbələ 16 3 4 9 17-29 13

Bombardirlər:

Lorenzo Frutos ("Keşlə") - 6 qol
Peyman Babayi ("Sumqayıt") - 6 qol
Stiven Monroz ("Neftçi") - 6 qol
Mahir Emreli ("Qarabağ") - 6 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
Davit Volkov ("Zirə") - 5 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Maqaye Qeye ("Qarabağ") - 5 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Abdullah Zubir ("Qarabağ") - 4 qol
Xulio Sezar Rodrigez ("Sabah") - 4 qol
Nicat Süleymanov ("Zirə") - 4 qol
Baqali Dabo ("Neftçi") - 4 qol
Hendrik Ekşteyn ("Səbail") - 4 qol
Əmir Ağayev ("Sumqayıt") - 4 qol

Bütün xəbərlər Facebook səhifəmizdə