Teymur Rəcəbovun ilk rəqibi açıqlanıb

Dünya şahmat tacı uğrunda çempion Maqnus Karlsen ilə qarşılaşacaq idmançının müəyyənləşdirilməsi üçün keçiriləcək iddiaçılar turnirinin püşkü atılıb. SİA-nın məlumatına görə, fevralın 14-də Moskvada keçirilən püşkatma mərasimində FIDE prezidenti Arkadi Dvorkoviç, Rusiyanın İdmann aziri Oleq Matıtsin, məşhur tennisçi Anastasiya Mıskina, tanınmış şahmat məşqçisi Vladimir Buxovski və digər şəxslər iştirak ediblər.

Püşkün nəticələrinə əsasən, turnirin birinci turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibi amerikalı Fabiano Karuana olacaq. Çinin hər iki təmsilçisi - Liren Dinq və Hao Yanq bu turda qarşılaşacaqlar. Rusiyalı Yan Nepomnyaşinin rəqibi Niderland təmsilçisi Aniş Giri olacaq. Rusiyalı Aleksandr Qrişuk isə həmyerlisi Kiril Alekseyenko ilə üz-üzə gələcək.

İddiaçılar turniri martın 15-dən aprelin 5-dək Yekaterinburq şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...