Mingəçevirdə D kateqoriyalı məşqçi kursu keçirilir

Mingəçevirdə D kateqoriyalı məşqçi kursu keçirilir

Fevralın 12-də AFFA və Təhsil Nazirliyi tərəfindən Mingəçevirdə orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin iştirakı ilə D kateqoriyalı məşqçi kursuna başlanıb. SİA-nın məlumatına görə, fevralın 14-dək davam edəcək kursun ilk günündə iştirakçılara futbol bilikləri aşılanıb, onlara futbol terminləri izah olunub, ümumi futbol nəzəriyyəsi haqqında məlumat verilib.

AFFA-nın təlimatçıları tərəfindən aparılan seminarda 21 məşqçi-müəllim iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə