“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba komanda yoldaşlarına klubdan ayrılmaq istədiyini söyləyib.
SİA-nın “Manchester Evening News” nəşri istinadən verdiyi məlumatına görə, komanda üzvləri də fransızın getməsinin əleyhinə deyillər.
Əslində, Poqbanın hələ yayda gedəcəyi gözlənilirdi. Amma “Real” və “Yuventus”un təkliflərinə baxmayaraq, Mançester klubu 26 yaşlı futbolçunu heyətdə saxlamağa üstünlük verdi. Pol Poqba bu mövsüm cəmi 6 oyunda meydana çıxıb, indi isə əməliyyat səbəbindən uzun müddət oynamayacaq.
Onunla müqavilə müddəti isə 2021-ci ilin yayında başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB