Uşaqlar arasında paytaxt birinciliyinə start verilib

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən Olimpiya İdman Mərkəzində kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 718 cüdoçu mübarizə aparıb.

Paytaxtın 62 klubunu təmsil edən kiçik yaşlı cüdoçular qalib adı uğrunda yarışıblar. Birinciliyin ilk günü oğlan və qızlar arasında 5 çəki dərəcələrində mükafatçılar müəyyənləşib. Müxtəlif çəki dərəcələrində Fatimə Xayırova, Darya Bıkova, Səfiyyə Əzizova, Zəhra Hüseynzadə, Aysun Məmmədova, İsmayıl İsmayılzadə, Rəsul Əlizadə, Elnur Sultanov, Murad Rüstəmli və Səid Hüseynov bütün rəqiblərinə qalib gələrək paytaxt birinciliyinin qalibi adına layiq görülüblər. Mükafatçılara diplom və medallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə