Azərbaycan yığması eyni rəqiblə ikinci oyununu keçirəcək

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyunu keçirəcək. AFFA-dan SİA-ya bildirilib ki, komandamız Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə