Şahmatçılarımız festivala qələbə ilə başlayıblar

Şahmatçılarımız “Gibraltar International Chess Festival 2020” festivalına qələbə ilə başlayıblar.

SİA-nın məlumatına görə, festivalın güclü “Masters” turnirində mübarizə aparan Şəhriyar Məmmədyarov Hindistan təmsilçisi Rahil Muliki, Vasif Durarbəyli Cənubu Afrika Respublikasından olan Daniel Barışı məğlub ediblər.

Qeyd edək ki, “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb ki, onlardan da 116-sı qrossmeysterdir. Turnirin reytinq favoriti təmsilçimiz Ş.Məmmədyarovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə