Paralimpiya yığmamızın üzvlərinin təlim-məşq toplanışı davam edir
Azərbaycanın qış idman növləri üzrə Paralimpiya yığma komandasının üzvləri “Şahdağ” Turizm Mərkəzində təlim-məşq toplanışını davam etdirirlər. SİA-nın məlumatına görə, hazırlıq prosesində baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında snoubordçu Aytac Qasımova, dağ xizəkçiləri Daşqın Abbasov və Gülnar Rəhimova iştirak edirlər.
Təlim-məşq toplanışının məqsədi idmançılarımızın hazırlıq səviyyəsini artırmaq və fevralın 24-dən martın 2-dək Polşada keçiriləcək Qış Oyunlarına hazırlıq məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə