20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri start götürüb

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri start götürüb

“Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə yanvarın 17-də Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir start götürüb. SİA-nın məlumatına görə, uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən və sayca 5-ci olan açıq beynəlxalq turnirdə 12 ölkədən 900-dən çox idmançı mübarizə aparır.

Karateçilər yarışın ilk günündə bütün yaş qruplarında kata çıxışlarında mübarizə aparırlar. Sabah 6-11 yaşlı uşaqların kumite yarışları, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclərin döyüşləri keçiriləcək.

Turnirin açılış mərasimi yanvarın 18-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə