Qılıncoynatma üzrə ölkə birinciliyinə yekun vurulub

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub. SİA-nın məlumatına görə, Azərbaycan Qılıncoynatma Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi turnirdə oğlanlar və qızlar arasında üç növ üzrə yarışların qalibləri müəyyənləşib.

Oğlanlar arasında sablyada Saleh Məmmədov, şpaqada Elçin Daşdəmirov və rapirada Ziya Yolçuzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların mübarizəsində isə sablyada Zərifə Hüseynova, şpaqada Nazilə Rəhimova və rapirada Röya Ağayeva birinci olublar.

Mükafatçılar diplom və medallarla təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə