Qılıncoynadanlarımız dünya kubokunun komanda yarışında çıxış ediblər
Azərbaycanın qadınlardan ibarət sablya üzrə milli komandası Fransanın Orlean şəhərində keçirilən komandaların yarışında çıxış edib. SİA-nın məlumatına görə, ilk görüşündə Honkonq yığmasına 45:38 hesabı ilə qalib gələn sablyaçılarımız 16 ən güclü komanda sırasına yüksəlib.
Onaltılıqda Fransa yığması ilə qarşılaşan komandamız güclü rəqibinə 34:45 hesabı ilə uduzub. Sablyaçılarımız 9-16-cı yerlər uğrunda görüşdə Yaponiyaya 45:39 hesabı ilə qalib gəlsə də, 9-10-cu yerlər üçün görüşdə ABŞ komandasına 35:45 hesabı ilə uduzub. Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət kollektiv onbirinci yer uğrunda görüşdə Almaniya yığmasını 45:38 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB