"Kayserispor"un yeni baş məşqçisi Samet Aybaba istefa verib. Bu barədə təcrübəli mütəxəssis özü Türkiyə mətbuatına açıqlamasında deyib. O, qərarını bu cür izah edib: "Bu ayın əvvəlində bir neçə variantım olsa da, "Kayserispor"a üstünlük verdim. Ancaq geridə qalan 17 gün ərzində əziyyətimin qarşılıqsız qaldığını, futbolçuların məsuliyyətsiz davranışını gördüm. Pozitiv heç nə görmədim. Futbol ürəklə və inamla oynanılır".
Qeyd edək ki, "Kayserispor" oktybarın 11-də Samet Aybaba ilə 1.5 illik müqavilə imzalamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB