“Erzgebirge”nin uduzduğu oyunda Nazarov 88 dəqiqə meydanda olub

“Erzgebirge”nin uduzduğu oyunda Nazarov 88 dəqiqə meydanda olub

Almaniya 2-ci Bundesliqasında 11-ci tura start verilib.

SİA xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə "Darmştadt"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Nazarov start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Aue təmsilçisi hazırda 18 xalla 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə