Badmintonçumuz turnirində növbəti mərhələyə vəsiqə qazanıb

Badmintonçumuz turnirində növbəti mərhələyə vəsiqə qazanıb

Oktyabrın 2-də Azərbaycan badmintonçusu Edi Reski Dviçayo “YUZU Indonesia Masters 2019” turnirində növbəti mərhələyə vəsiqə qazanıb.

SİA-nın məlumatına görə, turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər.

Yarışa 1/32 finaldan başlayan E.R.Dviçayonun rəqibi malaziyalı Eveşqaran Vesiqaran olub. Badmintonçumuz rəqibinə 2:0 hesabı ilə qalib gələrək onaltıdabir finala adlayıb. Bu mərhələdə onun rəqibi indoneziyalı İxsan Leonardo İmanuel Rumbay olacaq.

Mübarizəyə onaltıdabir finalda başlayan digər badmintonçumuz Ezmi Qovımuramadhoni isə İndoneziya təmsilçisi Visnu Yuli Prasetyo 2:0 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, turnirə 98 badmintonçu qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə