Rus boksçu rinqdə öldü

Bazar günü səhər İBF üçün seçmə görüşdə Rusiya boksçusu Maksim Dadaşev karyerasında ilk dəfə məğlub oldu. SİA-nın məlumatına görə ABŞ-ın Merilend ştatının Okson Hill şəhərində keçirilən görüşün11-ci turundan sonra Dadaşevin məşqçisi Baddi Makkrit mübarizəni dayandırana qədər, Puerto - Rikolu Subriel Matias ona uzun müddət ağır zərbələr endirdi.

Daha sonra Maksim huşunu itirdi, təcili olaraq ağır beyin ödemi ilə xəstəxanaya yerləşdirildi və xəstəxanada bir kraniotomiya edildi.

Yaxınları, komandası və azarkeşlər sonadək normal həyata qayıdacağına ümid edirdilər, amma bu gün 28 yaşlı boksçu ABŞ-da öldü.

Bütün xəbərlər Facebook səhifəmizdə