Zidan "Real"ın düşərgəsini tərk edib

Zidan "Real"ın düşərgəsini tərk edib

"Real"ın baş məşqçisi Zinəddin Zidan hazırda Kanadanın Monreal şəhərində hazırlıq prosesində olan komandasının düşərgəsini tərk edib. Klubun saytında yer alan xəbərə görə, 47 yaşlı mütəxəssis ailə vəziyyəti səbəbindən İspaniyaya qayıdıb. Onu məşq zamanı köməkçisi David Bettoni əvəzləyəcəyi bildirilib. Zidanın Beynəlxalq Çempionlar kubokunda iyunun 20-i keçiriləcək "Bavariya" ilə oyuna kimi düşərgəyə qayıdacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə