Şəhriyar Məmmədyarov ilk onluqdan kənarda qaldı “Grand Chess Tour 2019”
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” turnirində ümumi hesabda 11-ci pillədə qərarlaşıb. SİA turnirin saytına istinadla xəbər verir ki, ilk onluqdan kənarda qalan şahmatçımız keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anand ilə eyni mövqeyi bölüşür. Hər iki şahmatçı 3 xal toplayıblar.
“Grand Chess Tour 2019” seriyasının Zaqrebdə keçirilmiş ikinci mərhələsini qalib başa vurmuş norveçli dünya çempionu Maqnus Karlsen isə turnir cədvəlində liderliyini daha da möhkəmləndirib.
Mayın 6-dan 13-dək Kot-d-İvuarın paytaxtı Abicanda keçirilən “Grand Chess Tour 2019” seriyasının birinci mərhələsi də M.Karlsenin qələbəsi ilə nəticələnib. Aktivində 33 xal olan şahmatçı iki turnirin nəticəsinə görə ilk pillədə qərarlaşıb. İkinci yeri 22 xalla amerikalı Uesli So, üçüncü pilləni isə çinli Dinq Liren tutublar.
“Grand Chess Tour 2019”un sonrakı mərhələləri - iyulun 26-dan avqustun 2-dək Parisdə, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luisdə, noyabrın 4-dən 11-dək Buxarestdə, 20-dən 27-dək isə Kəlkətədə baş tutacaq. Yarışların final seriyası isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB