Almaniyanın “Ştutqart” komandasının müdafiəçisi Ailton Silvanın “Qarabağ”a keçidi rəsmiləşib.
SİA çempion komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün komandanın düşərgəsinə qoşulan və tibbi müayinədən keçən braziliyalı sol kənar müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2019-2020 mövsümünü icarə əsasında "Qarabağ"da keçirəcək.
Qeyd edək ki, “Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.
Xatırladaq ki, "Qarabağ" mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB