İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.
SİA Premyer Lİqanın rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, azarkeşlər və futbol ekspertləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən, bu ada "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola layiq görülüb. Ardıcıl 2-ci dəfə "şəhərlilər"i çempion edən ispan mütəxəssis "Liverpul"dan Yürgen Klopp, "Tottenhem"dən Maurisio Poçettino və "Vulverhempton"dan Nunu Eşpiritu Santunu geridə qoymaqla ötən mövsüm olduğu kimi yenə bu titula yiyələnib.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır. Həmçinin, ispan mütəxəssis komandasını bu il İngiltərə Liqa kubokunun da qalibi edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB