"Monako" klubu ciddi itki ilə üzləşib

"Monako" klubu ciddi itki ilə üzləşib

"Monako" klubu ciddi itki ilə üzləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Liqa 1 təmsilçisinin qapıçısı Daniel Subaşiç zədələnib.

Liqa 1-in 35-ci turunun "Sent-Etyen"lə matçının (2:2) ilk hissəsində zədələnən xorvat qapıçının, mövsümün qalan hissəsində iştirak etməyəcəyi bildirilir.

Cari mövsümdə uğursuz çıxış edən Monaco, 35 turdan sonra 33 xalla 17-ci sırada qərarlaşıb. Leonardo Jardimin rəhbərlik etdiyi kollektiv 18-ci sırada yer alan "Kann"ı 3 xal qabaqlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə