Luçesku ukraynalı azarkeşlərdən niyə üzr istədi?

Luçesku ukraynalı azarkeşlərdən niyə üzr istədi?

Donetsk “Şaxtyor”u və “Dinamo”nun sabiq baş məşqçisi Mirça Luçesku əfsanəvi ukraynalı məşqçi, mərhum Valeri Lobanovski haqda səsləndirdiyi fikirlərə görə üzr istəyib.

Bir müddət əvvəl rumın mütəxəssis bildirib ki, Lobanovski “France Football”ın versiyası üzrə əsrin məşqçiləri sırasında 6-cı yerdə olmağa layiq deyil. Luçeskunun bu fikirləri ukraynalı azarkeşlərin kütləvi etirazına səbəb olub. Bundan sonra o, açıqlama verərək deyib:

“Çox təəssüf ki, belə alındı. Üzr istəyirəm. Belə səs-küy olacağını gözləmirdim. Mən gözəl başa düşürəm ki, Lobanovski əla məşqçi olub. Ona görə də belə sistem yaradıb. “Dinamo” məhz sistemli komandadır. Onlar fəxr etməlidirlər ki, belə məşqçiləri olub. Mənim sözlərim səhv idi”.

Bütün xəbərlər Facebook səhifəmizdə