"Yuventus"un futbolçusu Corcio Kyellini Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la ilk oyunu buraxa bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 34 yaşlı müdafiəçi məşq zamanı baldır əzələsindən zədələnib. Matç gününə kimi hazır olmayacağı təqdirdə, böyük ehtimalla Kyellinini Daniel Ruqanı əvəzləyəcək.
Qeyd edək ki, "Ayaks" - "Yuventus" görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB