Şəhriyar Məmmədyarov: "Rəqibin diqqətli oynaması qələbəni mümkünsüz etdi"
"Rəqibin diqqətli oynaması qələbəni mümkünsüz etdi. Oyunun gedişatında heç bir perspektiv görünmürdü. Ümumilikdə, Şəmkir turnirində oyundan razıyam, nəticədən yox. Vişvanatan Ananda məğlub olmamalı idim. David Navara ilə görüşdə isə üstünlüyü qoruya bilmədim. Ümid edirəm ki, istirahət günündən sonra nəticələr daha yaxşı olacaq". SİA-nın məlumatına görə, bu sözləri Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2019” superturnirinin beşinci turunda dünya çempionu Maqnus Karlsenlə oyundan sonra Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mətbuat konfransında deyib.
Şahmatçı Maqnus Karlsenlə oyunun nəticəsindən razı qalmadığını etiraf edib. Onun sözlərinə görə, partiya istədiyi kimi bitməyib: “Heç-heçəyə nail oldum. Amma oyunun keyfiyyətindən razı qalmadım. Səhvlər üzərində işləmək lazımdır”.
Qeyd edək ki, “ShamkirChess 2019” turnirinin beşinci turunda Şəhriyar Məmmədyarov - Maqnus Karlsen qarşılaşması heç-heçə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB