"Mançester Yunayted" baş məşqçisi Ole-Qunnar Sulşerin sabiq klubu "Molde"yə təzminat ödəyəcək. Britaniya mətbuatının yazdığına görə, "qırmızı şeytanlar" norveçli mütəxəssisi baş məşqçi kimi təsdiqlədiyi və onunla müqavilə imzaladığı üçün Norveç klubuna 580 min avro verəcək.
Xatırladaq ki, "MY" eyni məbləği "Molde"yə Sulşeri komandanın müvəqqəti baş məşqçi vəzifəsinə gətirdiyi vaxt- dekabrda da ödəmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB