Azərbaycan kubokunun finalçıları müəyyənləşib

Azərbaycan kubokunun finalçıları müəyyənləşib

Həndbol üzrə Azərbaycan kuboku uğrunda turnirdə mübarizə sona yaxınlaşır. Artıq yarışın finalçıları müəyyənləşib. Ölkə çempionatının favoritləri kubok mübarizəsində də inamla irəliləyirlər.

SİA Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, qadınların turnirində “Azərsu” komandası “İdman Akademiyası” kollektivinə çətinlik çəkmədən qalib gəlib – 40:21.

“Azəryol” – “Qarabağ” görüşü isə gərgin idman mübarizəsi şəraitində keçib. “Qarabağ” həndbolçuları matçın favoritinə qarşı kifayət qədər ciddi müqavimət göstəriblər. Amma daha inamlı oyun nümayiş etdirən “Azəryol” qalib gəlməyi bacarıb – 29:24.

Martın 30-na təyin olunan final görüşündə “Azəryol” və “Azərsu” komandaları qarşılaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə