Futbol üzrə Latviya yığmasının yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, bu barədə Latviya Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb. Bundan sonra sözügedən komandaya Slavişa Stoyanoviç rəhbərlik edəcək. 49 yaşlı mütəxəssis 3 illik müqaviləyə imza atıb.
Sloveniyalı baş məşqçinin son iş yeri Bolqarıstanın “Levski” (Sofiya) klubu olub. O, daha öncə “Slovan”, “Livar”, “Domjale”, “Çelye”, “Srvena Zvezda”, “Lyers”, “Çanqçun Yatay” və “Riqa” klublarında, həmçinin BƏƏ (köməkçi məşqçi kimi) və Sloveniya yığmalarında da çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB