Klublar Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb. Fevralın 22-də AFFA-nın inzibati binasında təşkil ediləcək tədbir saat 10:00-da başlayacaq. İclasın gündəliyinə Klublar Komitəsinin sədri vəzifəsinə seçkinin keçirilməsi və digər məsələlər daxil olunub.
Qeyd edək ki, komitənin sonuncu sədri "Neftçi”in prezidenti Kamran Quliyev idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB