“Roma”nın hücumçusu 10 min avro cərimələnib

“Roma”nın hücumçusu 10 min avro cərimələnib

İtaliyanın “Roma” futbol klubunun hücumçusu Edin Ceko İtaliya Kubokunun dörddəbir finalında “Fiorentina” (1:7) ilə oyunda hakimi təhqir etdiyi üçün 10 min avro məbləğində cəzalandırılıb.

Klubun saytında yer alan məlumatda deyilir ki, oyunda əvəzetmədən sonra meydana daxil olan futbolçu baş hakim Canluka Manianiellonun komanda yoldaşı Lorenzo Pelleqriniyə sarı vərəqə göstərməsinə əsəbiləşdiyi üçün hakimin üzünə tüpürüb. E.Ceko bu hərəkətindən sonra qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Bütün xəbərlər Facebook səhifəmizdə