"Monako" yeni futbolçu transfer edib

"Monako" yeni futbolçu transfer edib

"Monako" heyətinə daha bir futbolçu cəlb edib. SİA-nın məlumatına görə, "Lill"in müdafiəçisi Fode Ballo-Ture ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. 22 yaşlı müdafiəçi "Lill"dən əvvəl - 2014-2017-ci illərdə PSJ-də çıxış edib.

Qeyd edək ki, "Monako" daha əvvəl "Şalke"dən braziliyalı müdafiəçi Naldonu da transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə