“Bavariya” “Ştutqart”ın futbolçusu Benjamin Pavarı heyətinə cəlb edib. SİA-nın xəbərinəgörə, bu barədə klubun idman direktoru Hasan Salihamidziç Almaniya mətbuatına açıqlamasında məlumat verib.
O, 22 yaşlı müdafiəçi ilə 5 iyun tarixindən qüvvədə olacaq 5 illik müqavilə imzaladıqlarını deyib.
Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçirilən mundialda Fransa millisi ilə çempion olan gənc futbolçu bu mövsüm “Ştutqart”ın heyətində ümumilikdə 14 oyuna çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB